03 March 2023

Azərbaycan Prezidenti yunanıstanlı həmkarına başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev qatar qəzası ilə əlaqədar Yunanıstan Prezidenti Katerina Sakellaropuluya başsağlığı məktubu göndərib.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, məktubda deyilir: “Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Qərbi Azərbaycanla bağlı 237 kənd siyahıya alınıb

Hədəfimiz Qərbi Azərbaycanla bağlı bütün həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasıdır.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu parlamentdə keçirilən “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda keçirilən ictimai dinləmələr zamanı Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, deputat Əziz Ələkbərli bildirib.

Zahid Oruc: İkinci Qayıdış kursunun irəli sürülməsi Ermənistanda narahatlığa səbəb olub

Azərbaycanın 32 illik dövlət müstəqilliyinin bərpası, o cümlədən İrəvanın itirilməsindən sonra ilk dəfədir ki, tarixi torpaqlara Qayıdış mövzusu rəsmi, açıq, planlı, vahid strateji baxışla cəmiyyətin müxtəlif təbəqələrini - dövlət hakimiyyəti orqanlarını, vətəndaş birliklərini, elmi və siyasi institutlarını, 3-cü sektor və partiyaları, medianın birgə iştirakı ilə müxtəlif ideologiyaları bir araya gətirməklə müzakirələri aparılır. Dünyanın yenidən bölüşdürüldüyü indiki şəraitdə Azərbaycan Prezidenti komandası ilə yanaşı, xalqımızı da yeni hədəflərə hazırlayır.