Zahid Oruc: İkinci Qayıdış kursunun irəli sürülməsi Ermənistanda narahatlığa səbəb olub

Azərbaycanın 32 illik dövlət müstəqilliyinin bərpası, o cümlədən İrəvanın itirilməsindən sonra ilk dəfədir ki, tarixi torpaqlara Qayıdış mövzusu rəsmi, açıq, planlı, vahid strateji baxışla cəmiyyətin müxtəlif təbəqələrini - dövlət hakimiyyəti orqanlarını, vətəndaş birliklərini, elmi və siyasi institutlarını, 3-cü sektor və partiyaları, medianın birgə iştirakı ilə müxtəlif ideologiyaları bir araya gətirməklə müzakirələri aparılır. Dünyanın yenidən bölüşdürüldüyü indiki şəraitdə Azərbaycan Prezidenti komandası ilə yanaşı, xalqımızı da yeni hədəflərə hazırlayır.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirləri parlamentdə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Dağları aşarkən: Qərbi Azərbaycana dinc və hüquqi qayıdış” mövzusunda keçirilən ictimai dinləmələr zamanı söyləyib.

"Prezident İlham Əliyevin Qərbi Azərbaycan icması ilə görüşündən sonra ictimai fikirdə köklü dəyişikliklər baş verir. Prezidentin özəl günündə İkinci Qayıdış kursunun irəli sürülməsi Ermənistanda həyəcana, narahatlığa, əsəbi reaksiyalara səbəb olub. Təsadüfi deyil ki, elə həmin gün nota verərək beynəlxalq təşkilatlara müraciət ediblər", - deyə Zahid Oruc bildirib.

Xudaferin.eu

16:28