14 November 2022

“Arabnews”: Ermənistanın Zəngəzur dəhlizinə əngəl törətməsi İpək Yolunun orta dəhlizi üçün problem yaradır

Səudiyyə Ərəbistanının ingilis dilində nəşr olunan nüfuzlu “Arabnews” qəzetində dərc olunmuş Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakışın “İpək Yolunun orta dəhlizinin əhəmiyyəti artır” sərlövhəli analitik məqaləsində Zəngəzur dəhlizinin Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasında böyük önəmindən bəhs edilib.

Azərbaycanın müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akara başsağlığı ünvanlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, başsağlığında deyilir: "İstanbulun mərkəzində törədilmiş xain partlayış nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi.

Sizin acınız bizim də acımızdır.

Misirdə Azərbaycanın Zəfər Günü və əlamətdar bayramları münasibətilə tədbir keçirilib

Ölkəmizin Misirdəki səfirliyində Azərbaycanın Zəfər Günü, Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə tədbir keçirilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Misir ictimaiyyətinin nümayəndələri, Türkiyə və Pakistanın diplomatları və hərbi attaşeləri, həmçinin Qahirədəki Azərbaycan icmasının üzvləri və yerli media təmsilçiləri iştirak ediblər.