01 November 2021

“Qarabağ Zəfərinin birinci ilində regionda əməkdaşlıq imkanları” mövzusunda konfrans keçirilir

Noyabrın 1-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Qarabağ Zəfərinin birinci ilində regionda əməkdaşlıq imkanları” mövzusunda konfrans keçirilir.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, konfransda 2 panel – “Müharibə sonrası regionda geosiyasi vəziyyət” və “Regional əməkdaşlığın perspektivləri” üzrə müzakirələr aparılır.

Vətən müharibəsinin xronikası: 1 noyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazıldı.