“Qarabağ Zəfərinin birinci ilində regionda əməkdaşlıq imkanları” mövzusunda konfrans keçirilir
Noyabrın 1-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Qarabağ Zəfərinin birinci ilində regionda əməkdaşlıq imkanları” mövzusunda konfrans keçirilir.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, konfransda 2 panel – “Müharibə sonrası regionda geosiyasi vəziyyət” və “Regional əməkdaşlığın perspektivləri” üzrə müzakirələr aparılır.
BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyevin moderatorluğu ilə keçiriləcək birinci paneldə BMTM-nin şöbə müdiri Cavid Vəliyev, Bakı Slavyan Universitetinin müəllimi Ləman Qarayeva, BMTM-nin şöbə müdiri Fuad Çıraqov mövzu ilə bağlı fikirlərini bölüşəcəklər.
Bakı Slavyan Universitetinin icraçı rektoru Anar Nağıyevin moderatorluğu ilə baş tutacaq ikinci paneldə isə BMTM-nin eksperti Orxan Bağırov, Bakı Slavyan Universitetinin müəllimi Şəhla Nuruzadə, Bakı Slavyan Universitetinin müəllimi Zümrüd Məlikova çıxış edəcəklər.

Xudaferin.eu
16:43
Digər xəbərlər