05 October 2021

Azərbaycanla Özbəkistan arasında elmi-tədqiqat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Daşkənddə keçirilən “İpək Yolu dürdanəsi” kinofestivalında Azərbaycan nümayəndə heyətinin tərkibində bu ölkəyə gələn Bakıdakı UNEC Tədqiqat Fondunun departament rəhbəri Ellada Əliyeva Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktor müavini Sanjar Valiyev ilə görüşüblər.

Prezident İlham Əliyev: Həm Zəfər, həm də bərpa işləri dövlətimizin, xalqımızın gücünü göstərir

Həm Zəfər, həm də bərpa işləri dövlətimizin, xalqımızın gücünü göstərir. Çünki gücümüz olmasaydı, biz bu Zəfəri əldə edə bilməzdik. Mən Prezident kimi öz fəaliyyətimi bunun üzərində qurmuşdum. Çünki bizim əsas hədəfimiz Qarabağın işğaldan azad edilməsi idi.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.

Türkiyənin Rusiyadakı səfiri: Qarabağ zəfərini Azərbaycan xalqı ilə bərabər bayram edirik

Başda Prezident İlham Əliyev olmaqla bütün Azərbaycan xalqını 44 günlük müharibədə qazandığı möhtəşəm Qələbə münasibətilə təbrik edirəm.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar jurnalistlərə söyləyib.

Azərbaycanda xanəndə sevgilisinə görə 20 otaqlı ev tikib, özündən 35 yaş kiçik qızla evlənib... FOTO

Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində boyaqçı Məşədi İsmayıl kişinin ailəsində dünyaya göz açıb. Atası oğlunun da onun kimi boyaqçı olmasını istəsə də, oğlunun gözəl səsi, anadangəlmə istedadı Cabbarı xanəndəliyə istiqamətləndirir.

***

Cabbargilin evi şəhərin ən səfalı yeri olan Cıdır düzünə yaxın idi. Uşaqlıqdan məhəllə uşaqları ilə "Qayabaşı"da, "Qırxpilləkən"də", "Ağzıyastı kaha"da quzu otaran Cabbar saatlarla "Dəlikdaşın" üstündə oturaraq zümzümə edərmiş.

***