Azərbaycanla Özbəkistan arasında elmi-tədqiqat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və Daşkənddə keçirilən “İpək Yolu dürdanəsi” kinofestivalında Azərbaycan nümayəndə heyətinin tərkibində bu ölkəyə gələn Bakıdakı UNEC Tədqiqat Fondunun departament rəhbəri Ellada Əliyeva Strateji və Regionlararası Araşdırmalar İnstitutunun direktor müavini Sanjar Valiyev ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində Azərbaycanla Özbəkistan arasında əməkdaşlığın inkişaf perspektivləri, qarşılıqlı informasiya mübadiləsi, analitika, elmi-tədqiqat sahələrində məsələlər müzakirə olunub.
Bildirilib ki, Türk Şurası çərçivəsində siyasi, iqtisadi, diplomatik, mədəni, elmi və digər sahələrdə qarşılıqlı münasibətlər davamlı olaraq inkişaf edir və fəaliyyətimizi də məhz bu istiqamətdə qururuq.
Görüşdə institutun proqram təminatı və multimedia şöbəsinin müdiri vəzifələrini icra edən Niqora Şaximardanova və aparıcı elmi işçi İroda İmamova iştirak ediblər.
Qulu Kəngərli
Xudaferin.eu

23:31