23 September 2021

Ukrayna şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasına cəlb olunması istiqamətində işlər aparılır

Azərbaycan-Ukrayna İşgüzar Şurası Ukrayna şirkətlərinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası layihələrinə cəlb olunması istiqamətində işlər aparır.

Bu barədə  ​Xudaferin.eu AZƏRTAC-a istinadən açıqlamasında Ukrayna Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov məlumat verib.

Onun sözlərinə görə, bu istiqamətdə müəyyən irəliləyişlər əldə edilib.

Ermənilərin “müstəqillik” müəmması

Keçən əsrin ikinci yarısında dünyanın 2 nəhəng güc qütbündən biri sayılan SSRİ-nin süqutundan 30 il keçir. Təxminən 70 il ərzində məcburi ittifaqda olduqları SSRİ-nin tərkibindən çıxaraq müstəqillik aktının qəbul olunduğu tarixlər bütün postsovet ölkələri üçün yeni tarixin başlanğıcı və yeni həyatın ən önəmli hadisəsi sayılır. Bu ölkələrdə milli müstəqilliyin elan olunduğu tarix həm dövlət səviyyəsində, həm də ictimai şüurda ən parlaq siyasi hadisə kimi qavranılır və 30 il ərzində davamlı olaraq ümumxalq bayramı kimi ildən ilə daha yüksək səviyyədə təşkil olunur.