Bursada Novruz konserti

Beynəlxalq Türk Kültür Təşkilatı (TÜRKSOY) və Türkiyənin Bursa Böyükşəhər bələdiyyəsi tərəfindən Novruz bayramı münasibəti ilə konsert təşkil olunub.

Proqramın rəsmi açılışında Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı və Bursa Böyükşəhər bələdiyyəsinin sədr müavini Muhsin Özlükurt çıxış ediblər. Konsertdə Türk Dünyasının ayrı-ayrı yerlərindən gələn incəsənət ustalarının ifaları dinlənilib.
Qeyd edək ki, bayram şənliyinə şəhər əhalisi ilə yanaşı, Türkiyənin bir sıra tanınmış elm və sənət xadimləri də qatılıblar. Beləliklə də Türk Dünyasını təmsil edən toplumların musiqi kollektivlərinin birgə konserti bir daha sübut etdi ki, Novruz Bayramı tarixi və ənənəvi baxımdan  Türk xalqlarına məxsusdur. Bu barədə tanınmış elm xadimləri bayram törəninə qatılanlara ətraflı bilgilər verdilər.

Xudaferin.eu
Türkiyə, “Ankara Bürosu” 

 

12:30