“Bura Azərbaycandır” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılıb
BakıdaAzərbaycanRəssamlar İttifaqı, DövlətRəsmQalereyası və Bakı XətaiSənətMərkəzininbirgə təşkilatçılığı ilə “BuraAzərbaycandır” adlı rəsmmüsabiqəsininyekunsərgisiaçılıb.
Bakı Xətai Sənət Mərkəzində təşkil olunan sərgidə müxtəlif yaş kateqoriyasına mənsub rəssamların sənət əsərləri sərgilənir. Belə ki, ölkəmizin turizm potensiyanı təbliğ etmək məqsədilə gerçəkləşən sərgi-müsabiqə buraya toplaşanlar tərəfindən böyük coşqularla qarşılanıb.
Tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Bildirilib ki, müsabiqənin təşkil olunmasında məqsəd turizm sektorunun inkişafında rəssam əsərlərinin rolunu artırmaq və şəhərimizin qonaqlarını milli rəsm nümunələri ilə yaxından tanış etməklə ölkəmizin turizm imkanlarının təbliğinə təkan verməkdir. Vurğulanıb ki, müsabiqəyə əsasən kağız üzərində fərqli üslublarda (qara qələm, quru fırça, pastel, kömür, akvarel, akril, yağlı boya, neft ) işlənilən ölçüsü 30x40sm dən böyük olmayan 200-dən çox fırça ustasının 400-dək sənət əsəri təqdim edilib. Müsabiqənin yekun sərgisində isə 65 rəssamın 100-dək əsəri yer alıb.
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və digərləri çıxış edərək müsabiqə və sərginin əhəmiyyətindən söz açıblar. Sonra müsabiqədə yer tutan qaliblər mükafatlandırlıb. Sərgi mayın 22-dək davam edəcək.
“Bura Azərbaycandır” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılıb
Bakıda Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Bakı Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə “Bura Azərbaycandır” adlı rəsm müsabiqəsinin yekun sərgisi açılıb.
Bakı Xətai Sənət Mərkəzində təşkil olunan sərgidə müxtəlif yaş kateqoriyasına mənsub rəssamların sənət əsərləri sərgilənir. Belə ki, ölkəmizin turizm potensiyanı təbliğ etmək məqsədilə gerçəkləşən sərgi-müsabiqə buraya toplaşanlar tərəfindən böyük coşqularla qarşılanıb.
Tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov çıxış edərək sərginin əhəmiyyətindən danışıb. Bildirilib ki, müsabiqənin təşkil olunmasında məqsəd turizm sektorunun inkişafında rəssam əsərlərinin rolunu artırmaq və şəhərimizin qonaqlarını milli rəsm nümunələri ilə yaxından tanış etməklə ölkəmizin turizm imkanlarının təbliğinə təkan verməkdir. Vurğulanıb ki, müsabiqəyə əsasən kağız üzərində fərqli üslublarda (qara qələm, quru fırça, pastel, kömür, akvarel, akril, yağlı boya, neft ) işlənilən ölçüsü 30x40sm dən böyük olmayan 200-dən çox fırça ustasının 400-dək sənət əsəri təqdim edilib. Müsabiqənin yekun sərgisində isə 65 rəssamın 100-dək əsəri yer alıb.
Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və digərləri çıxış edərək müsabiqə və sərginin əhəmiyyətindən söz açıblar. Sonra müsabiqədə yer tutan qaliblər mükafatlandırlıb. Sərgi mayın 22-dək davam edəcək.
Xudaferin.eu
09:18
Digər xəbərlər