Bəstəkarlar İttifaqında polşalı pianoçunun ifasında Şopenin əsərləri səsləndirilib

 

Azərbaycan Bəstəkarlar İttifaqında polşalı pianoçu, xanım Aqneşka-Pjemık-Brılanın ifasında Frederik Şopenin əsərlərindən ibarət konsert təqdim edilib.
 

Konsert Polşanın Azərbaycandakı səfirliyi tərəfindən Milli Müstəqillik Günü və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə təşkil olunub.

Konsertdən əvvəl Polşanın Azərbaycandakı səfiri Marek Tsalka çıxış edərək iki ölkə arasında mədəni əlaqələrin tarixindən və inkişafından söz açıb. Diplomat bildirib ki, Polşa ilə Azərbaycan arasında bütün istiqamətlərdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin inkişafı istiqamətində təşəbbüslərə bundan sonra da dəstək veriləcək.

Sonra tədbir konsert proqramı ilə davam edib. Polşalı pianoçunun ifası tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Xudaferin.eu

"Bakı Bürosu"

 

10:13