Bişkekdə kəskin soyuq ciddi insan tələfatına yol açdı

Qırğızıstanın paytaxtı Bişkekdə havaların kəskin soyuq olması ciddi insan tələfatına yol açıb.

Metbuat.az-ın məlumatına görə, 15 nəfər şaxtalı havanın qurbanı olub. Hazırda paytaxtda havanın temperaturu mənfi 15 dərəcəni göstərir. Ölənlərin əksəriyyəti evsiz olanlardır. Şəhər rəhbərliyi yeni tələfatın olmaması üçün tədbirlər görür. Ötən həftə küçələrdə gecələyən 239 nəfər sosial sığınacaqlara göndərilib.

 

Meteoroloqlar xəbərdarlıq edir ki, anomal soyuq hava yanvarın sonlarına qədər davam edəcək. Dağ yerlərində tenperatur mənfi 45 dərəcəyə enəcək.

 METBUAT.az

11:49