“Bild”: Almaniya hökuməti 30 min mühacirin yerini bilmir

 

Almaniya hökuməti ölkə ərazisində sığınacaq verilməyən və deportasiya edilməli olan təxminən 30 min xarici ölkə vətəndaşının harada olduğunu bilmir. Bu barədə məlumat noyabrın 2-də “Bild” qəzetində dərc olunan məqalədə yer alıb.

Qəzetin məlumatına görə, 2016-cı ilin dekabrına qədər Almaniyada sığınacaq almaq istəyən 54,4 min nəfərin müraciəti rədd edilib, lakin deportasiya üçün növbə gözləyən 23,6 min nəfər burada müxtəlif dövlət ödəmələri almaqda davam edib. O vaxtdan etibarən miqrasiya orqanları qalan 30,8 min nəfərin harada olduğunu bilmir. Ölkənin Daxili İşlər Nazirliyi bunun bir neçə izahının ola biləcəyini bildirib. Ya bəzi mühacirlər hələ də Almaniya ərazisində gizlənir, ya da deportasiyanı həyata keçirən miqrasiya idarəsi indiyədək müvafiq məlumatları lazımi orqanlara təqdim etməyib. 2015-ci ildə başlayan miqrasiya böhranının əvvəlində Almaniyaya qaçqın statusu almaq ümidi ilə 1,3 milyon nəfərdən çox mühacir daxil olub. Böhranın pik vaxtında (2015-ci ilin sonunadək) ölkəyə 890 min, 2016-cı ildə 350 min, 2017-ci ilin əvvəlindən indiyə qədər isə 100 min xarici ölkə vətəndaşı gəlib.

 

Xudaferin.eu

"Avropa Bürosu"

 

10:10