Balidə torpaq sürüşməsi nəticəsində 12 nəfər ölüb

Balidə torpaq sürüşməsi nəticəsində iki uşaq daxil olmaqla 12 nəfər ölüb. 

Xudaferin.eu xəbər verir ki, bu barədə İndoneziyanın Milli Təbii Fəlakətlərlə Mübarizə üzrə Şurasına istinadən “Associated Press” məlumat yayıb. 

Sürüşmənin üç dağ kəndində baş verdiyi qeyd edilir, burada bir neçə ev dağılıb. 
Təbii fəlakətə leysan yağışların səbəb olduğu ehtimal edilir. 

Xudaferin.eu

13:18