Bakı Musiqi Akademiyasında “#BakuOperArt” layihəsi
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında bu təhsil ocağının Opera studiyasının “#BakuOperArt” layihəsinin təqdimatı olub. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, musiqişünas Jalə Qulamova çıxış edərək opera sənətinin tarixindən, yaranmasından danışıb. Bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda opera sənətinin inkişafını dəstəkləmək, sevdirmək və bu sənətə diqqət cəlb etməkdir. Layihə çərçivəsində baş tutacaq konsert proqramı barədə məlumat verərək deyib ki, italyan və fransız bəstəkarlarının operalarından parçalar səsləndiriləcək. Onlar Bakıda az səhnələşdirilmiş operalardır, bəziləri isə musiqili premyeradır. Həmçinin layihə çərçivəsində Bakıda artıq 40 ildən çoxdur səhnələşdirilməyən Ş.Qunonun “Faust” operasından bütöv akt nümayiş ediləcək.
Təqdim ediləcək operalar barədə məlumat verən musiqişünas bildirib ki, əsərlərin konsert ifaları ilə bərabər, səhnə tərtibatı da nümayiş olunacaq. Sonra ifalar təqdim edilib. Tədbirdə Fəridə Məmmədova, Səbinə Əsədova, Fərid Əliyev, Anton Ferştand, Adil Axundov və başqa solistlərin çıxışları ilə yanaşı, xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə xor nömrələri də yer alıb. Opera studiyasının orkestri dinləyicilərə parlaq emosiyalar bəxş edərək unudulmaz anlar yaşadıblar. Opera studiyasının ənənəvi keçirilən konsertlərinin bədii rəhbəri xalq artisti, professor Fəxrəddin Kərimovdur.

Xudaferin.eu
12:43
Digər xəbərlər