Azərbaycanlı rejissorun Özbəkistanda yeni uğuru

Əlişir Nəvai adına Daşkənd Dövlət Opera və Balet Teatrında Azərbaycanın və Özbəkistanın Xalq Artisti, tanınmış opera rejissoru Firudin Səfərovun yeni quruluşda tamaşaya qoyduğu Cüzeppe Verdinin “Aida” operasının təqdimatı olub. Anşlaqla keçən premyerada elm, mədəniyyət, incəsənət xadimləri, diplomatlar, ictimaiyyətin nümayəndələri, diasporumuzun üzvləri, jurnalistlər iştirak ediblər. Baş rejissor Firudin Səfərov artıq 40 ilə yaxındır ki, bu teatrda çalışır və ötən müddətdə 70-dən çox müasir və klassik opera tamaşasına quruluş verib. Özbəkistana gəlməmişdən əvvəl F.Səfərov 14 il Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru işləyib. Onun 70 və 80 illik yubileyləri Daşkənddə yüksək səviyyədə qeyd olunub və opera sənəti qarşısındakı xidmətlərinə görə Özbəkistanın birinci prezidenti İslam Kərimovun Fərmanı ilə “Əmək şöhrəti” ordeni ilə təltif edilib

Xudaferin.eu

 

14:14