Avtomobili kütlənin üzərinə sürdü - 19 yaralı var

Avstraliyanın Melburn şəhərində sürücü avtomobili yüksək sürətlə kütlənin üzərinə sürüb.

Xudaferin.eu-nun məlumatına görə, hadisə nəticəsində azı 19 nəfər yaralanıb. Əraziyə çoxlu sayda təcili yardım maşını gəlib.

Məlumata görə, polislər “Flinders Street” stansiyasının yaxınlığında baş verən hadisəni törədən sürücünü saxlayıb.

Xudaferin.eu

15:32