“ARTIM”da yeni sərgi - “Monumental”

“YARAT”ın “ARTIM” layihə məkanında “Monumental” adlı sərgi açılıb.

“ARTIM lab” layihəsi çərçivəsində reallaşan birgünlük sərgidə rəssamlar Şahnaz Ağayeva, Hatəm Əlizadə, Leyla Quliyeva, Qafar Rzayev, Mousa Bəyzadə, Etibar İsmayılov, İlahə Xalıqova, Aydan Mirzəyeva və Aqil Tahirlinin əsərləri sərgilənib. Sərginin kuratoru avstriyalı rəssam Mixael Hirşbixlerdir.

“Monumental” sərgisi abidə və onun monumentallığının müxtəlif aspektlərini aşkara çıxarmağa və beləliklə, cəmiyyətin keçmişinin materiallaşdırılması və gələcəyinin proqnozlaşdırılmasını əlaqələndirməklə onun mövcud durumuna dair müvafiq perspektivləri əldə etməyə çalışır. Abidə – bədii, daha geniş mənada isə, mədəni ifadənin ən qədim formalarından biridir. Abidə, keçmişdə baş verən hadisələri və insanların xatirəsini əbədiləşdirmək kimi öz ilkin öhdəliyində yaddaşın bir nişanəsi, tarixin mühüm əhəmiyyət kəsb edən elementlərinin xəzinəsi sayılır. Abidə, bu vəzifədə indiki zamana keçmişin elə bir versiyasını gətirir ki, o, cəmiyyətin rəsmi hissələrinin istəyi ilə, bilavasitə həmin abidə təyin edilən təbliğatla bağlı olur. Beləliklə, abidə – təkcə keçmişə nüfuz etmir, o, həm də bilərəkdən və ya ehtiyatsızlıqdan həmin keçmişi müəyyən üsullarla indiki zamana dəyişərək, bir növ "zaman maşınına" çevrilir. Nəticə etibarilə, abidə, müəyyən keçmiş haqqında çox şeyləri demir, o, daha çox, ucaldıldığı, ərsəyə gətirildiyi zaman kəsiyi, eləcə də, hörmət və digər ehtiram elementini qoruyub saxlamaqla, müvafiq indiki zaman cəmiyyəti haqqında bəhs edir. Məhz bu səbəbdən, abidə, əksər hallarda öz tarixi görünüşünə baxmayaraq, həmişə müasir olur. Bu baxımdan, abidə, cəmiyyət, onun keçmişi, bu günü və gələcəyinin müəyyən konsepsiyası ilə heç bir bədii ifadə formasında olmadığı kimi bağlı olur. Fransız mütəfəkkiri Jorj Batay, təkamül nəzəriyyəsinə rəğmən insanları meymunlar və abidələr arasında yerləşdirərək, daha dərin araşdırmalar aparmışdır. 1960-cı illərdə “lend-art” və "pop-art" cərəyanlarının tərəfdarları, abidələri gündəlik həyatlarının böyük ehtimalla tarixi və siyasi sahələrindən uzaq olan, gözlənilməz aləmlərində tapıblar. Hər zaman, hər yerdə olması, cəmiyyətlərin formalaşmasında mühüm rol oynaması səbəbindən, abidə, müasir incəsənətin əsas mövzularından biri sayılır.

"Monumental" sərgisi abidə və onun monumentallığının müxtəlif aspektlərini aşkara çıxarmağa və beləliklə, cəmiyyətin keçmişinin materiallaşdırılması və gələcəyinin proqnozlaşdırılmasını əlaqələndirməklə, onun mövcud durumuna dair müvafiq perspektivlər əldə etməyə çalışır.

Xudaferin.eu

"Bakı Bürosu"

17:03