Antonio Tayani: Böyük Britaniya “Brexit” üzrə azı 60 milyard avro ödəməlidir
Böyük Britaniya Avropa İttifaqından çıxması halında azı 60 milyard avro ödəməlidir. Bu barədə Avropa Parlamentinin sədri Antonio Tayani noyabrın 13-də “Funke” media qrupuna müsahibəsində bildirib.
“Fikrimcə bu, ən azı 60 milyard avro həcmində olmalıdır. Əgər London bu məbləği ödəməkdən imtina etsə, bu yük Aİ-nin digər ölkələrinin vətəndaşlarının üzərinə düşəcək”, - deyə o qeyd edib.
Avropa Parlamentinin başçısı, həmçinin vurğulayıb ki, ilin sonuna qədər üç əsas maddə - Aİ vətəndaşlarının Böyük Britaniyada hüquqlarının təmin olunması, İrlandiya və Şimali İrlandiya ilə sərhəd məsələləri, həmçinin Avropa İttifaqına ödəmə üzrə çərçivə sazişi əldə olunacağı təqdirdə “Brexit” təyin olunan vaxtda – 2019-cu ilin mart ayında sona çata bilər. Aİ yalnız belə çərçivə sazişi əsasında Birləşmiş Krallıqla gələcək ticarət əlaqələri üzrə danışıqlar apara bilər.
“Britaniyalılar Aİ ilə – Norveç və ya İsveçrə modelləri kimi, hansı münasibətlər qurmaq istədiklərini müəyyən etməlidir. Hələlik bunu heç kim bilmir”, - deyə o bildirib. Avropa Parlamenti başçısının fikrincə, hazırda britaniyalıların əksəriyyəti Aİ-nin tərkibindən çıxma qərarını səhv addım hesab edir.
Antonio Tayani: Böyük Britaniya “Brexit” üzrə azı 60 milyard avro ödəməlidir
Böyük Britaniya Avropa İttifaqından çıxması halında azı 60 milyard avro ödəməlidir.
Bu barədə Avropa Parlamentinin sədri Antonio Tayani noyabrın 13-də “Funke” media qrupuna müsahibəsində bildirib.
“Fikrimcə bu, ən azı 60 milyard avro həcmində olmalıdır. Əgər London bu məbləği ödəməkdən imtina etsə, bu yük Aİ-nin digər ölkələrinin vətəndaşlarının üzərinə düşəcək”, - deyə o qeyd edib.
Avropa Parlamentinin başçısı, həmçinin vurğulayıb ki, ilin sonuna qədər üç əsas maddə - Aİ vətəndaşlarının Böyük Britaniyada hüquqlarının təmin olunması, İrlandiya və Şimali İrlandiya ilə sərhəd məsələləri, həmçinin Avropa İttifaqına ödəmə üzrə çərçivə sazişi əldə olunacağı təqdirdə “Brexit” təyin olunan vaxtda – 2019-cu ilin mart ayında sona çata bilər. Aİ yalnız belə çərçivə sazişi əsasında Birləşmiş Krallıqla gələcək ticarət əlaqələri üzrə danışıqlar apara bilər.
“Britaniyalılar Aİ ilə – Norveç və ya İsveçrə modelləri kimi, hansı münasibətlər qurmaq istədiklərini müəyyən etməlidir. Hələlik bunu heç kim bilmir”, - deyə o bildirib. Avropa Parlamenti başçısının fikrincə, hazırda britaniyalıların əksəriyyəti Aİ-nin tərkibindən çıxma qərarını səhv addım hesab edir.
Xudaferin.eu
"Avropa Bürosu"
10:30
Digər xəbərlər