Almaniya XİN başçısı prezidentliyə namizəd oldu

Angela Merkel: “Frank-Valter Ştaynmayer Almaniya vətəndaşlarının çoxu tərəfindən dəstəklənəcək doğru namizəddir“

Almaniyanın kansleri Angela Merkel Xristian-Demokrat İttifaqı adından ölkənin xarici işlər naziri Frank-Valter Ştaynmayerin rəsmi olaraq prezidentliyə namizədliyini irəli sürüb.
Bu barədə partiyanın sədri Angela Merkel noyabrın 16-da bəyan edib: “Mən şadam ki, 3 partiyanın sədrləri sizi “böyük koalisiya” adından prezidentliyə namizədliyinizi irəli sürürük. Frank-Valter Ştaynmayer Almaniya vətəndaşlarının çoxu tərəfindən dəstəklənəcək doğru namizəddir. Çünki insanlar hiss edir ki, ona inana bilərlər” - Angela Merkel vurğulayıb.
Qeyd edək ki, ölkə prezidenti Yoahim Qaukun səlahiyyət müddəti 2017-ci ilin martında başa çatır. Frank-Valter Ştaynmayer Xristian-Demokrat, Sosial-Demokrat və Xristian-Sosial İttifaqı partiyaları tərəfindən prezidentliyə namizəddir.

Xudaferin.eu

14:23