ABŞ müdafiə xərclərini artırmağı planlaşdırır

 

Amerika KİV-lərinin yaydığı məlumata görə, gələn həftə Ağ Ev 2018-ci il üçün müdafiə xərclərinin artırılmasına dair büdcə planını təqdim edəcək.

 

Pentaqonun büdcəsinin artırılması planı Dövlət Departamentinin, Ətraf Mühitin Mühafizəsi Agentliyinin proqramlarında və müdafiə ilə bağlı olmayan digər layihələrdə ixtisarlar hesabına maliyyələşdiriləcək.
Bu plan hərbi aviasiya, gəmiqayırma xərclərinin artırılmasını, Hörmüz körfəzi və Cənubi Çin dənizi kimi mühüm akvatoriya və körfəzlərdə iştirakın daha da genişləndirilməsini nəzərdə tutur. Planla tanış olan dövlət məmurları bildirirlər ki, ABŞ Dövlət Departamentinin büdcəsi 30 faiz ixtisar edilə bilər. Bu da Dövlət Departamentində irimiqyaslı yenidənqurma işlərinə və bir sıra proqramlardan imtina olunmasına, o cümlədən xarici dövlətlərə maddi yardımın azaldılmasına gətirib çıxaracaq.

Xatırladaq ki, hazırda Pentaqonun hərbi büdcəsi təqribən 600 milyard dollardır. D.Trampın planı xərclərin 54 milyard dollar artırılmasını nəzərdə tutur.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

11:41