ABŞ Konqresi "S-400" məsələsinə görə Türkiyəyə silah satışını dondurub
ABŞ Konqresinin bir neçə üzvü Türkiyənin Rusiyadan “S-400” zenit-raket kompleksləri (ZRK) alması səbəbindən təxminən iki il müddətinə Vaşinqtonun Ankaraya silah satışını nəzərdə tutan böyük razılaşmaları bloklayıblar.
xudaferin.eu xəbər verir ki, bu barədə Amerikanın həftəlik “Defense News” nəşri yazıb.
Dondurulan müqavilələrin sayı dəqiq bilinməsə də, onların arasında azı ikisinin böyük saziş olduğu bildirilir. Bunlardan biri “F-16” qırıcılarının modernləşdirilməsi ilə bağlıdır.
Nəşrin yazdığına görə, amerikalı qanunvericilərin bu addımı ABŞ hakimiyyətinin Ankaraya qarşı 40 ildən artıq müddətdir ki, əl atmadığı diplomatik təzyiq göstərilməsi üçün alət rolu oynayır. 1975-ci ildə Türkiyə ordusu Kiprə hücum etdikdən sonra Vaşinqton Ankaraya silah satışını üç il dayandırmışdı.
Eyni zamanda, müdafiə sənayesi nümayəndələri narahatdırlar ki, gələn ilədək vəziyyət dəyişməzsə, bu, iki ölkənin podratçıları arasındakı münasibətlərə mənfi təsir göstərə bilər və nəticədə türk şirkətləri başqa tərəfdaş axtarmalı olacaqlar.

xudaferin.eu
10:30
Digər xəbərlər