200 yüksək rütbəli məmurdan 23-ü sərbəst buraxılıb - ​Səudiyyə Ərəbistanında

Səudiyyə Ərəbistanında antikorrupsiya əməliyyatı çərçivəsində nəzarətə götürülən 200 yüksək rütbəli məmurdan 23-ü sərbəst buraxılıb.

Xudaferin.eu-nun məlumatına görə, azad edilən şəxslərin adları açıqlanmır. İddialara görə, onlar krallığın büdcəsinə külli miqdarda vəsait ödəməyi qəbul etdiklərinə görə azad olunublar. Digər şübhəlilərlə bağlı istintaq davam edir.

Xatırladaq ki, noyabr ayında polis antikorrupsiya əməliyyatı çərçivəsində 11 şahzadə və çoxlu sayda iş adamını nəzarətə götürmüşdü.

Xudaferin.eu

00:48