Urmulu milli fəal Nasir Xülusiyə 6 il həbs cəzası verildi

 

28 iyun 2017 Milli fəal Nasir Xülusi üçün 6 il həbs hökmü çıxıb. Bu xəbəri milli fəal öz instgram səhifəsindən yayıb.

Güney Azərbaycan Milli Hərəkatının fəalı Nasir Xülusi bu ilin fevral ayında mollakratiya rejiminin “Sepah Pasdaran” yarımhərbi qüvvələri tərəfindən tutulub və Ettelata məxsus cəzavinə salınıbdır. Bu müddətdə milli fəala dəhşət saçan işgəncələr verilibdir. Bundan sonra isə, onu Tərbizin mərkəzi zindanına köçürülmüşdü. Bununla yanaşı, onu da qeyd edək ki, 23 yanvar 2017ci il tarixdə Güney Azərbaycan Milli Hərəkatının fəalı Nasir Xülusi İran mollakratiya rejiminin yarımhərbi qüvvələrindən sayılan Ettelat tərəfindən Tərbizdən Urmuya səfər edərkən tutulub və naməlum istiqamətə aparılmışdır.
Güney Azərbaycan Milli Hərəkatının informasiya mərkəzinin verdiyi açıqlamaya görə, Tehran mərkəzli mollakratiya rejimi Güney Azərbaycanda milli fəallarından artan nüfuzunu zərbə altına qoymaq və əhalini qorxu içində saxlamaq üçün, milli fəallara qarşı repressiya siyasətini yürüdür. Onları həbs etməklə, ağır işgəncələr verməklə susdurmaq taktikası hələ də ki, hər hansı bir nəticəyə səbəb olmamışdır. Ona görə ki, milli hərəkata əhali arasında olan inam daim artmaqdadır.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:39