Türkman lideri İlham Əliyevə səsləndi: “Sizin torpaqlarınızda onlarla şəhid verdik, kömək edin”

 

İraq Türkman Cəbhəsinin lideri Ərşad Salihi Kərkükdə onları tək qoyan Türk Dünyasına, özəlliklə də Azərbaycan prezidenti İlham Əliyevə səslənib.

Həyəcan dolu səslənişində türkman lideri Kərkükün işğal edilməməsi üçün sonuna qədər mübarizə aparacaqlarını deyib: “Biz son günlərimizi yaşamaqdayıq, amma dirənəcəyik, müqavimət göstərəcəyik. Tanrı türkü qorusun və ucaltsın!”
Artıq Kərkük referendumdan sonra çox gərgin günlər yaşayır. Kürdlər isə Kərkükü, sözdə tabeliklərində olan ərazilərə qatmalarını sevinclə qeyd edir. İraqın Mərkəzi hökuməti isə Kərkükün işğalına izin verməməkdə qərarlıdır. Hələ referendum qurtarmamış İraq Kərkükə əsgərlərini göndərib.

Lakin Türk Dünyası bütün bu yaşananlara səssiz qalıb. Türkmənlərin lideri Ərşad Salihi türk ölkələrinə üsyan edib, xüsusilə də Azərbaycan prezidenti İlham Əliyevə səslənib:

“Azərbaycan! Hörmətli İlham Əliyev, sən hardasan? Sizin torpaqlarınızda onlarla şəhid verdik, siz hardasınız? Qırğızlar, türkmənlər, Türk Dünyası, Kıprıs hardasınız?”

Xudaferin.eu
“Orta Doğu Bürosu”

09:49