KHS (Kıbrıs Haber Sayfası) qəzetinə açıqlama verən KKTC (Kuzey Kıbrıs Türk Cümhuriyyəti) dış işlər bakanı Təhsin Ərtoğruoğlu “Ercan Havalimanı”nda bir sıra rəzalətlərə səbəb olduğunu ortaya qoymuşdur. Belə ki, Təhsin Ərtoğruoğlu Ömər Ercanı tanımadığını, Əmrullah Turanlının da öhdəsindən gələ bilmədiyi üçün, onların yönətdikləri şirkətlə ilgili Ankaradan dəstək istədiyini bildirmişdir.
Bunun əsas səbəblərindən biri də, şirkətin əldə etdiyi dövlət sifarişlərinə görə rüşvət verməsi kimi proseslər gündəmə gəlmişdir. Beləliklə “Ercan Havalimanı”nın yenidən qurulması məsələsində nazirlə şirkət arasında gizli ortaqlıqlar ortaya çıxmışdır. 12 milyon avroluq bir sifarişlə bağlı hələ 22 yanvar 2016-cı il tarixdə ortada olan anlaşma nədəni olaraq, KKTC Omdusmanının yayınladığı açıqlamada da qeyd olunmuşdu ki, havalimanının inşası üçün ihaləyə istənilən şirkətin qatılmasının yasaq deyil. Ancaq, o da bəllidir ki, çirkli oyunlara başı qarışan Təhsin Ərtoğruloğlu dəfələrcə bildirmişdir ki, “Diamond Green” şirkətinin sahibi Ömər Alması tanımır. Yerli mətbuatın açıqlamasına görə, havalimanının inşaatı ilə bağlı nazir həmin şirkətin rəhbərliyi ilə isti münasibətlərə sahibdir. Eyni zamanda Təhsin Ərtoğruloğlu və Ömər Almas dəfələrlə bir yerdə olmuşlar. Bir zamanlar ulaşma bakanı görəvində çalışmış Təhsin Ərtoğruloğlu hətta ombudsmana ihaləyə üç şirkət qatılmaq üçün müraciət etməsinə baxmayaraq, həmin şirkətlərin adlarını söyləməkdən yayınmışdır.
Bu günki “Havadis” qəzetinə açıqlama verən Təhsin Ərtoğruloğlu bunları deməyi gərək bilmişdir: “Ömər Alması Ankaradan yardım istədiyim vəkillərdən biri kimi mənim yanıma göndəriblər”.
Elə bu faktın özü isbat edir ki, Təhsin Ərtoğruloğlu ilə işbirliyi əldə edən Ömər Almasdır. Deməli Ömər Almas onun dolayı yolla ortağı hesab olunur. O zaman sual ayaranır ki, Ömər Almasın havalimanı inşa etmək kimi təcrübəsi vardırmı?
Bu məsələ ilə bağlı YDP (Yenidən Doğuş Partiyası) partiyasının başqan yardımçısı Turan Böyükyılmaz hərəkətə keçmiş və dövlət büdcəsinin kimliyi bilinməyən şirkətlərə həvalə edilməsinə qarşı çıxmaqla yanaşı, bu barədə rəsmi açıqlama yayınlamışdır.
Qeyd edək ki, bu Türkiyədə iqtidarda olan AKP-nin apardığı dolayı siyasətlərdən biri də KKTC-nin yunan Kipri ilə birləşməsi ideyasını müdafiə edir. Belə bir siyasətə qarşı tək mücadilə verən güc isə, YDP-dir. Bu partiya bir yandan KKTC-nin çevrəsində baş verən çirkab siyasətlərə, o biri yandan isə, dövlət büdcəsini talamaq istəyən və AKP-nin də dəstəklədiyi KKTC iqtidarına qarşı mücadilə aparır.
Təhsin Ərtuğruloğlu danışdıqca batır

Xudaferin.eu
KKTC, “Lefkoşa Bürosu”
09:23
Digər xəbərlər