TDT-nin Baş katibi: Antalya Forumu diplomatiyanın müharibələrdən daha faydalı olduğunu göstərir

Antalya Diplomatiya Forumunda bu il ilk dəfə Türk Dövlətləri Təşkilatlarına həsr olunan xüsusi panel iclas keçirildi. İclasda Türk dünyasının təşkilatlandırılması və XXI əsrdə Türk Dövlətləri Təşkilatının (TDT) fəaliyyətləri müzakirə olundu. Bu platforma, ilk növbədə, tədbirdə də qeyd edildiyi kimi, diplomatiya və danışıqlar yolunun müharibələrdən daha faydalı olduğunu göstərir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ifadə edib.

Baş katib deyib: “Türk dövlətləri olaraq bizim müxtəlif sahələri əhatə edən TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, Beynəlxalq Türk Akademiyası kimi təşkilatlarımız fəaliyyət göstərir. Bunlarla yanaşı, türkdilli ölkələri əhatə edən daha iki qurum yaradılıb ki, onlar da əsasən iqtisadi və biznes sahələrini əhatə edir. Bütün bunlar “Biz birlikdə güclüyük” şüarı ilə hərəkət edən Türk dünyasının inkişafına və təşkilatlandırılmasına öz mühüm töhfəsini verir”.

Xudaferin.eu

14:45