1990-cı illərdə Ermənistan xaricdən göstərilən siyasi-mənəvi və hərbi-texniki dəstək hesabına torpaqlarımızı işğal etdi. Bununla da ermənilər ərazidə “Miatsum” hərəkatı başlayanda qarşısına qoyduqları məqsədə artıqlaması ilə nail oldular. Torpaqlar onların nəzarətinə keçdi və atəşkəs əldə olundu. Bundan sonra Ermənistan siyasəti cəmi bir suala cavab tapmalı idi. Atəşkəs rejiminin başlandığı an üçün mövcud olan status-kvo ilə nə etməli? Bu sualın cavabı məsələnin siyasi həllinə necə nail olmağı müəyyənləşdirməli idi.
Bunu AZƏRTAC-a açıqlamasında, Milli Məclisin deputatı, fəlsəfə doktoru Cavanşir Feyziyev söyləyib.
O deyib: “Otuz ilə yaxın ATƏT-in Minsk qrupu çərçivəsində münaqişənin həll edilməsi səyləri, hər iki dövlətin başçıları arasında keçirilmiş saysız-hesabsız görüşlər və danışıqlar nəticəsiz qaldı və məsələnin siyasi həllinə gətirib çıxarmadı. Hələ 1990-cı illərdə Levon Ter-Petrosyanın müəyyən güzəştlər əsasında mövcud status-kvonu leqal proseslərlə tamamlamaq və məsələnin həllinə nail olmaq cəhdləri onun hakimiyyəti itirməsi ilə nəticələndi. Gözlənilməz qələbədən eyforiyaya düşmüş ermənilər “sülh naminə güzəşt” prinsipini rədd edərək qeyri-müəyyənliyə üstünlük verdilər. Bütün bu illər ərzində qeyri-müəyyənlik şəraitindən çıxmaq üçün qarşısında duran yeganə sualın cavabını tapmaq əvəzinə Ermənistan Qərblə Rusiya arasında məntiqi anlaşılmayan reveranslar etməklə özü üçün daha çox suallar yaratmış oldu.
Öz torpaqları olduğunu iddia edərək işğal etdiyi qədim Azərbaycan torpaqlarında türklüyə məxsus bütün həyat və mənsubiyyət nişanələrini məhv edən ermənilər 30 il ərzində bu torpaqlarda daşı daş üstünə qoymadılar. Əksinə erməni siyasətçiləri həmin ərazilərin “erməniləşdirilməsi” üçün rəsmi şəkildə ayrılan və diaspora tərəfindən ianə edilən vəsaitləri oğurlayıb özlərinin şəxsi bizneslərinə yönəltdilər”.
Bütün dövrlərdə Ermənistanın çar Rusiyasından, Sovet İttifaqından və müasir Rusiyadan ardıcıl olaraq dəstək aldığını vurğulayan deputat qeyd edib: “Hərbi-siyasi və hərbi-texniki dəstəyə görə “əbədi müttəfiqliyə” and içmiş ermənilər əvvəllər gizlin surətdə, daha sonralar isə açıq-aşkar Qərb siyasi dairələrinə yaxınlaşmağa və Rusiya əleyhinə yönəlmiş siyasi ittifaqlarda təmsil olunmağa başladılar. Bir tərəfdən MDB, KTMT və Avrasiya İttifaqı kimi Rusiya mərkəzli təşkilatlarda tamhüquqlu üzv qismində təmsil olunmaqla yanaşı, digər tərəfdən çoxsaylı Avropa siyasi qurumlarına və NATO strukturlarına da inteqrasiya olunmaq cəhdlərinin siyasi dissonans yaratdığını anlamadırlar.
Zaman öz sözünü dedi. Otuz ilə yaxın müddət ərzində müstəqilliyin əvvəlində üzləşdiyi xaos və tənəzzüldən qısa müddətdə çıxmağı bacaran Azərbaycan Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində dünya siyasi-iqtisadi sisteminə inteqrasiya oluna bildi. İlham Əliyevin prezidentliyi dövründə isə Avrasiya məkanında Azərbaycanın rolu və yeri daha da möhkəmləndi. Qlobal iqtisadi əməkdaşlıq layihələrinə yol açan təşəbbüslərin mərkəzində dayanan Azərbaycan Avrasiyanın şərqi ilə qərbini və cənubu ilə şimalını bir araya gətirən əməkdaşlıq platformasının hərəkətverici qüvvəsinə çevrildi. Qlobal siyasi-iqtisadi sistemdə qazandığı etibarlı tərəfdaş statusunu və qarşılıqlı iqtisadi mənfəəti qısa zaman içərisində qlobal siyasi dəstəyə “konversiya” edən Azərbaycan bununla da ermənilərin 30 ildə həll edə bilmədiyi məsələnin həllinə daha çox yaxınlaşdı. Bütün bunlardan sonra ermənilərin üzləşdiyi və uzun müddət dəf edə bilmədiyi qeyri-müəyyənliyi aradan qaldırmaq üçün Azərbaycana cəmi 44 gün lazım oldu. Azərbaycan ərazisində yerləşmiş Ermənistan ordusunun hərbi texnikası darmadağın edildi, 7 mindən çox canlı qüvvəsi məhv edildi və 10 mindən çox erməni hərbçisi fərariliyə üz tutdu. Ermənistan baş naziri və prezidenti bütün beynəlxalq təşkilatlara və dünya dövlətlərinə müraciət edərək müharibənin dayandırılmasını xahiş etdilər. Rusiyanın vasitəçiliyi ilə Ermənistan baş naziri və Azərbaycan Prezidenti arasında üçtərəfli təslimçilik aktı imzalandı”.
Ötən il noyabrın 10-dan etibarən Ermənistanın qarşısında artıq bir yox, bir neçə sualın dayandığını bildirən Cavanşir Feyziyev deyib ki, ilk növbədə 10 noyabr tarixli Bəyanatın bütün şərtlərinə əməl olunmalıdır. Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası, qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, Zəngəzur dəhlizinin və Türkiyə ilə sərhədlərin açılması, diplomatik münasibətlərin bərpası və sair kimi məsələlər Ermənistanın qarşısında duran məsələlərdir.
“Ağır məğlubiyyətdən sonra seçkilər nəticəsində yenidən hakimiyyətə gəlmiş Paşinyan hökuməti özündən əvvəlki siyasi hakimiyyətlər kimi yenə də qeyri- müəyyənlik içindədir. Haradan və nədən başlayacağını, necə başlayacağını bilməyən Paşinyan hökuməti qarşısında duran öhdəlikləri yerinə yetirməkdən yayınmağa cəhd edir. Tez-tez gərginləşən daxili siyasi mübarizə və Paşinyanı qara kabus kimi hər an izləyən devrilmək təhlükəsi ilə yanaşı Azərbaycanla sərhəd zolağında baş verən təxribatlar özündə Ermənistanı daha dərin uçuruma yuvarlamaq təhlükəsi daşıyır. Xüsusilə 14-16 noyabr sərhəd təxribatından sonra Azərbaycan Ordusunun sərgilədiyi qətiyyət Ermənistanı ayıltmalı və nəhayət, Paşinyan hökumətini sülhə doğru addımlar atmağa vadar etməlidir. Ermənistan anlamalıdır ki, artıq sülhə aparan ən qısa yol Azərbaycanın tələblərini yerinə yetirməkdən keçir. Bu tələbləri yerinə yetirməkdən yayınmaq üçün atılan hər hansı bir addım Ermənistanı daha ağır şərtlərlə üz-üzə qoyacaq. Ermənistandakı bütün siyasi qüvvələr başa düşməlidirlər ki, onların hansı təxribatlara əl atmasından asılı olmayaraq, istəsələr də, istəməsələr də bölgədə sülhə alternativ yoxdur”, - deyən deputat fikrini yekunlaşdırıb.
Sülhə aparan ən qısa yol

Xudaferin.eu
16:25
Digər xəbərlər