Azərbaycanın ictimai-siyasi xadimi; Azərbaycan Ali Sovetinin deputatı (1990-1995); Azərbaycan Respublikası Milli Məclisinə 52 saylı Quba seçki dairəsindən seçilmiş III və IV çağırış millət vəkili, Azərbaycan SSR-in əməkdar mühəndisi; texnika elmləri doktoru Vahid Əhmədov 1947-ci il aprelin 2-də Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olmuşdur.
1965-ci ildə Qonaqkənd orta məktəbini qızıl medalla bitirmişdir. 1965-1971-ci illərdə Azərbaycan Politexnik İnstitutunda təhsil almış, mühəndis-energetik ixtisasına yiyələnmişdir.
1989-1992-ci illərdə Almaniyada Bonn Menecment İnstitutunu bitirərək, menecment-iqtisadçı beynəlxalq diplomuna layiq görülmüşdür.
1967-1971-ci illərdə Şmidt (indiki Səttərxan adına) maşınqayırma zavodunda fəhlə, sex ustası, sex rəisi vəzifələrində çalışmışdır.
1971-1972-ci illərdə Sovet ordusu sıralarında xidmət etmişdir. Hərbi xidmətini başa vurduqdan sonra, yenidən maşınqayırma zavoduna qayıdaraq orada 1972-1977-ci illərdə sex rəisi vəzifəsində işləmişdir. 1977-ci ildə Bakı Radio zavoduna keçərək orada sex rəisi, istehsalat şöbəsinin rəisi vəzifələrində əmək fəaliyyətini davam etdirmişdir.
1981-1983-cü illərdə Bakı Dəzgahqayırma İstehsalat Birliyində baş mühəndis vəzifəsində çalışmışdır.
1983-1986-cı illərdə "Bakı fəhləsi" adına maşınqayırma zavodunun, 1986-cı ildə Keşlə maşınqayırma zavodunun, 1989-cu ildə "Bakneftmaş" İstehsalat Birliyinin baş direktoru olmuşdur.
1980-ci illərin sonlarında Azərbaycan Kommunist Partiyası Nizami rayon təşkilatnın büro üzvü olmuşdur.
1991-ci ildə Azərbaycanın Müstəqillik Aktının hazıqlanmasında iştirak etmiş, Azərbaycanın müstəqilliyinin lehinə səs vermişdir. 1991-ci ildə SSRİ-nin saxlanmasının əleyhinə səs vermiş 43 istiqlalçı deputatdan biri olmuşdur.
Alma-Ata Memorandumunun və İcevan Protokolunun həyata keçirilməsini təmin etmək məqsədi ilə 10 sentyabr 1992-ci ildə yaradılmış Alma-Ata Memorandumunu və İcevan Protokolunu həyata keçirən Qərargahın üzvü olmuşdur.
Vahid Əhmədov texnika doktorudur. 300-ə yaxın elmi məqalənin müəllifidir.
SƏN VƏTƏNƏ VƏTƏN BOYDA GƏRƏKSƏN!
15:27