Bu qurumdan əndrabadi cavab gəldi: “Hərə bir şəhid bulağı qoysa, nə olar?"
Mingəçevirdə şəhidin adını daşıyan bulaqdan su gəlmir, ya da sayğac quraşdırılıb. Məlumata görə, məhəllə sakinlərinin təşəbbüsü ilə şəhid Şaiq Mustafayevin xatirəsinə çəkilən bulağa 6 ay əvvəl sayğac quraşdırılıb. Şəhidin həyat yoldaşı Arzu Mustafayeva deyir ki, bulaqdan daim su gəlməsi üçün hər ay 5 manat ödəyir: "Mingəçevir şəhərində yaşayıb, suya yaxın olduğumuz üçün qəribə gəlir ki, sayğac quraşdırılıb. Əlacsızlıqdan buna da şükür edirik. Çünki yoldaşımın adınadır".
Bildirilir ki, Mingəçevirin mərkəzində ümumilikdə 6-dan çox şəhid bulağının suyu kəsilib.
Mingəçevir Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Sahib Əliyev bildirib ki, icra hakimiyyəti tərəfindən bu məsələ dəfələrlə qabardılsa da, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti buna məhəl qoymayıb: “Məni bu cür işlərlə əlaqələndirirsiniz, bu bizim işimiz deyil. Biz sadəcə olaraq mediayla işləyirik. Bu bulaqlar dövlət tərəfindən şəhid ailələrinin evləri qarşısında salınıb. “Azərsu” ASC yenidənqurma işləri aparıldıqdan sonra bu bulaqlara sayğac quraşdırdı. Sayğac qoyulursa, vəsait də şəhid ailəsindən alınmalıdır. Bu sayğaclar heç bir dövlət idarəsinin balansında oturmadığı, ayrıca xətt ayrılmadığı üçün “Azərsu” tərəfindən suyun verilişi dayandırıldı. Biz bu məsələni dəfələrlə respublika səviyyəsində qabartsaq da, “Azərsu” icazə vermədi. İndiki vəziyyətdə şəhid bulağına icazə verilmir”.
Məsələyə aydınlıq gətirmək üçün adıçəkilən qurumla da əlaqə saxladıq. “Azərsu”ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Anar Cəbrayıllı saytımıza açıqlamasında bildirib ki, pul ödənmədiyi üçün həmin bulağa suyun verilişi dayandırılıb: “Sahibsiz bulaqları xəttimizdən ayırırıq. Kim istəyir, sayğac qoyur, onun hesabatını aparıb, suyunu veririk. Şəhid bulağının olması çox ciddi su itkisinə səbəb olur. Hərə bir şəhid bulağı qoysa, nə olar? Bütün günü su axıdılacaq, orada maşın yuyan da olacaq, su oğurlayan da. Sayğac qoyulanadək heç kim su pulu ödəmirdi. Bu gün Azərbaycanda 9 mindən artıq çoxmənzilli yaşayış binası var. Onların hamısının qabağında sahibsiz krantlar var. Şəhid bulağı, övladının faciəvi ölümü üçün bulaq tikənlər var. İctimai parklarda belə su krantları varsa, bu cür bulaqlara nə ehtiyac var? Belə krantları su olmayan yerdə quraşdırarlar. Bu günədək binaların qabağında olan 3 minədək su krantını kəsmişik. Sakinlərin etirazı varsa, bir qonşunun adına sayğac quraşdırıb su pulunu ondan alırıq”.
Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov da Cebhe.info-ya açıqlamasında “Azərsu” ASC-nin bu addımını tənqid edib. Bildirib ki, qurumun hüquqi cəhətdən bu pulu istəməyə haqqı var, mənəvi cəhətdən isə yox: “Bu bulaqlar “Azərsu”nun balansındadır. Onların istehlak olunan suya görə pul tələb etməyə haqqı var. Lakin söhbət şəhid bulaqlarından gedirsə, mənəvi tərəfdən bunu etməyə haqsızdırlar. Bu mənəviyyatsızlıqdır. İnsan vətən yolunda canını, qanını fəda edib. Düşünürəm ki, “Azərsu” şəhid bulaqlarına təmənnasız su verərsə, kasıblaşmaz. Hələ o zaman Xurşidbanu Natəvan Şuşaya təmənnasız su çəkdirmişdi. Sayğac qoydurmamışdı ki. Bir bulaq nədir ki, ona görə pul istəyir?”
Qeyd edək ki, Mingəçevir Şəhər Su Kanal İdarəsindən bunu həmin bulaqların köhnə şəbəkədən qidalanması ilə izah edirlər. Hazırda həmin su şəbəkələri istismara yararsız olduğundan suyun verilişi dayandırılıb. Belə aydın olur ki, həmin şəhid bulaqları şəhərin ümumi balansında yox, fərdi istifadə kimi qeydiyyata alınır. Buna görə də suyun verilməsi sayğacla tənzimlənir. Şəhid bulaqları ilə bağlı digər narahatlıq isə ərazinin natəmiz olması və xatirə lövhələrinin tanınmaz hala düşməsidir.
Şəhid bulaqlarının suyunu kəsən “Azərsu”

Nigar Cahid
Cebhe.info
16:32
Digər xəbərlər