Rusiyanın Londondakı səfirliyi İngiltərənin xarici siyasət idarəsinə etiraz notası göndərib. Bu barədə səfirliyin rəsmi saytında məlumat verilib. “Rusiyanın Böyük Britaniyadakı diplomatik nümayəndəliyi Forin-ofisə müvafiq etiraz notası ünvanlayıb”, – deyə məlumatda qeyd olunur.
Səfirlik qeyd edir ki, cümə axşamı bir qrup nümayişçi diplomatik nümayəndəliyin girişini bağlayaraq etiraz aksiyası keçirib və binanın qarşısına çoxlu sayda maneken qolları töküblər.
“Böyük Britaniya ərazisində diplomatik missiyanın təhlükəsizliyi üçün real təhlükə yaradılıb”, – deyə səfirlikdən bildirilib və qeyd olunub ki, eyni zamanda müəssisənin telefon xəttləri əngəllənib.
Rusiyadan İngiltərəyə etiraz notası

Xudaferin.eu
20:51
Digər xəbərlər