Putin və Netanyahu təcili görüşəcək

Netanyahunun İranın nüvə proqramı ilə bağlı qalmaqallı bəyanatından sonra, onunla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Xudaferin.eu xəbər verir ki, bu barədə İsrail hökumət başçısının sosial şəbəkə hesabında məlumat yayılıb.

“Bu gün axşam saatlarında İranın hərbi nüvə proqramı ilə bağlı sənədlərin ictimailəşdirilməsindən sonra baş nazir Binyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Hər iki lider Suriya məsələsini müzakirə edib və ən tez zamanda görüşmək barədə razılığa gəliblər”, - deyə məlumatda qeyd olunur.

Xudaferin.eu

10:58