Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan əlaqələri hər zaman müttəfiqlik səviyyəsində idi və biz keçən il Şuşada bunu rəsmən təsdiqlədik
Üç aydan sonra biz Şuşa Bəyannaməsinin birinci ildönümünü qeyd edəcəyik. Bu, tarixi bir sənəddir. Əslində Türkiyə-Azərbaycan əlaqələri hər zaman müttəfiqlik səviyyəsində idi və müttəfiqlik xalqlarımızın qəlbindədir. Sadəcə olaraq, biz keçən il Şuşada bunu rəsmən təsdiqlədik.
Xudaferin.eu AZƏRTAC - istinadən xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən söyləyib.
Bu gün və bundan sonrakı illərdə Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin həm xalqlarımız üçün, həm bölgə üçün böyük önəm kəsb edəcəyini vurğulayan dövlətimizin başçısı deyib: “Çünki təkcə ikitərəfli formatda yox, bölgə təhlükəsizliyi üçün bizim əlaqələrimizin çox böyük əhəmiyyəti var. Türkiyə və Azərbaycan birgə səylərlə bizim bölgəmizdə gələcək inkişafı təmin edir, təhlükəsizliyi təmin edir, xalqlarımızın rahat həyatını təmin edir. Aramızda olan əlaqələr o qədər şaxəlidir ki, onların hər birini sadalamaq üçün çox vaxt lazım olacaq. Biz sözün əsl mənasında müttəfiqik, qardaşıq və dünya miqyasında bizim əlaqələrimizə bənzəri olan əlaqələr yoxdur”.
Azərbaycan Prezidenti qeyd edib ki, dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə canla, qanla bağlı olan ikinci ölkələr yoxdur: “Bu, bizim böyük sərvətimizdir və bunu biz qoruyuruq, gücləndiririk, istənilən vəziyyətə hazırıq və hər zaman bir-birimizin yanındayıq”.

Xudaferin.eu
22:58
Digər xəbərlər