Urmu Gölü fəlakəti sürətlə böyüməkdədir

 

 

Etiraf: “Saxta islahatçı Həsən Ruhani hakmiyəti dönəmmində Urmu Gölünün suyu milyonlarla kub metr azalıb

 

Güney Azərbaycanın Urmu Gölünü qurudan mollakratiya rejimi öz dərin hədəflərinə hesablanmış məqsədlərinə yaxlaşır. Artıq mollakratiya rejiminin və Ruhani iqtidarının rəhbərləri də etiraf edərək bildirirlər ki: “proses o qədər fəlakətli bir axara bağlanıb ki, bu göllə bağlı heç bir iş görüləməz”.

Mollakratiya rejiminin Urmu Gölü adına parlamentindəki sözdə millət vəkili Ruhulla Həzrətpur ötən illə müqayisədə Urmu Gölünün suyunun 140 milyon kub metr  olmaqla yanaşı, həm də təxminən 20 santimetr səviyyəsində azaldığını itiraf edib.

“Urmu Gölünü Canlandırma Mərkəzi”nin rəisi İsa Kəlantəri də mayın 4-da jurnalistlərlə görüşündə gölün gələcəyi ilə bağlı bildirib ki artıq gölün 1030km² kvadrat kilometri bir daha yenidən canlandırıla bilməz.

“Urmu Gölünü Canlandırma Mərkəzi” adı altında qurum yaradan və qatı fars şovinizmi siyasətinin dərin qatlarını yürüdən Həsən Ruhani iqtidarının əlalrısı olan bu mərkəz Urmu Gölü ilə ilgili heç bir iş görə bilmədıyı üçün, eyni zamanda mərkəz də daxil olmaqla əslində Həsən Ruhani iqtidarının ana reklam aləti olduğunu dəfələrcə isbat edilib. Bu mərkəzin başqanı hələ neçə ay öncə bildirmişdi ki, Urmu Gölünə görə heç bir iş görmək mümkün deyil .

Mövzu ilə bağlı “Urmu Gölünü Canlandırma Mərkəzi”nin Urmu şəhərindəki təmsilçiliyinin müdiri Fərhad Sərxoş da bildirmişdi ki, ötən il bu quruma 1 trilyon 127 milyard tümən büdcə vəsaiti ayrılmışdır, lakin bu miqdardan sadəcə 40 % büdcəyə daxil edildi. Halbuki gölün canlandırılması ilə bağlı layihələr və bunun üçün nəzərdə tutulan büdcə vaxtında təmin olunmalıdır.

Xatırladaq Urmu Gölü 10 ilə yaxındır İran mollakratiya rejiminin xüsusi cəza silahlı olan “Sepah” təşkilatı tərəfindən məqsədli şəkildə iqtisadi və mafiya hədəflərilə qurudulur. Bununla yanaşı, açıq şəkildə Güney Azərbaycan Milli Hərəkatının təşəbbüsü ilə Urmu Gölü ilə bağlı başladılan xalqın etirazlarına indinin özündə belə, hər hansı bir reaksiya da verilmir.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu”

09:30