Səudiyyə Ərəbistanla Qətər arasında bir müddətdir davam edən gərginlik pik nöqtəyə çatıb. Körfəz ölkələrinin bir çoxu Qətərin terror təşkilatlarına dəstək verdiyi ittihamı ilə bütün əlaqələri kəsiblər. Qətər Xarici İşlər Nazirliyinin hadisəyə dair açıqlamasında isə qərardan təəssüf hissi keçirdikləri bildirilib. İttihamlar üçün əsası olmayan, həqiqətdən uzaq iddialar kimi şərh edilib.
Səudiyyə Ərəbistanı ilə Qətər arasındakı böhranın ilk əlamətləri 23 mayda ortaya çıxıb. Qətərin rəsmi xəbər agentliyi QNA Əmir es-Saninin bəyanatını yayıb. Sani İran və körfəz ölkələri arasında artan gərginliyi tənqid edir, “Hizbullah” və “Həmas”a qarşı anlayış göstərilməsinin lazım olduğunu söyləyir və ABŞ prezidenti Donald Trampın Ağ Evdə uzun müddət qalmayacağını qeyd edirdi. Bu hadisədən sonra Səudiyyə Ərəbistanı və BƏƏ QNA və "Əl-Cəzirə"nin yayımını ölkədə qadağan edib. Qətər isə rəsmi xəbər agentliyinin Səudiyyə tərəfindən haklanaraq, sözügedən açıqlamaların yerləşdirildiyini iddia edir. Körfəzdə yaşanan diplomatik böhranı dəyərləndirən bəzi ekspertlər Səudiyyə Ərəbistanının regionda müstəqil hərəkət edən Qətərlə “pis rəftar etməyə çalışdığı” qənaətindədirlər. Mütəxəssislərin fikrincə, Səudiyyə bu barədə ABŞ-ın da dəstəyini alıb.
Səudiyyə Ərəbistanından başqa yeddi ölkənin Qətərlə diplomatik əlaqələri kəsməsi Yaxın Şərqdə son illərin ən böyük diplomatik böhranına yol açıb. Bəs baş verənlər nə mənaya gəlir? Mövzunu qiymətləndirən beynəlxalq əlaqələr üzrə mütəxəssis, professor Doktor Həsən Köni isə "Ərəb baharı"ndan sonra baş verənlər səbəbindən Qətərin İrana yaxınlaşmaq məcburiyyətində qaldığına diqqəti çəkib: "Qətər "Müsəlman Qardaşlar" deməkdir. Səudiyyə Ərəbistanı Misirdəki "Müsəlman Qardaşlar"ın məğlub edilməsində mühüm rol oynayarkən, Qətər bu vəziyyətə razı olmamışdı. Qətər ilə Səudiyyə Ərəbistanı arasında neft kəməri mövzusunda da çəkişmə var. Əsəd devrilsəydi, Qətərin boru kəməri Suriya və Türkiyə üzərindən Avropaya gedəcəkdi. Bu prosesdə həm "Müsəlman Qardaşlar" və "Əl -Nusra", sonra neft kəməri səbəbilə baş verənlər Qətərin İrana yanaşmasına səbəb olub. Bu da ABŞ və körfəz ölkələrinin Qətəri rədd etməsi ilə nəticələndi".
Ankaranın Qazi Universitetinin professoru Mehmet Akif Okur isə ABŞ prezidenti Donald Trampın Ər-Riyad səfərindən sonra Yaxın Şərqdə yeni addımların atılmağa başlandığını deyib. Qətərdən Həmas və "Müsəlman Qardaşlar"a verdiyi dəstəkdən imtina edilməsinin tələb edildiyini ifadə edən Okur bu vəziyyəti fürsət bilən Səudiyyə Ərəbistanının Trampdan aldığı dəstəklə "Ərəb baharı"ndan bəri aralarında ədavət olan Qətəri sıxmağa çalışdığını bildirib. Okur "Amerika ordusu Qətərdəki mövcudluğundan məmnundur. Yəni, Qətəri tamamilə itirəcək bir şeyə icazə verməzlər, amma Qətərin bir az əziyyət çəkərək daha da arzu etdikləri bir kursa gəlməsini istəyirlər. Səudiyyə Ərəbistanla Qətər arasındakı gərginlik də çox qədimdir. Trampın səfəri münaqişənin alovlanması üçün fürsət oldu. Səudiyyə Ərəbistanı ilə körfəzdəki müttəfiqləri bundan istifadə edir" deyə vurğulayıb.
Səudiyyə Ərəbistanlı strategiya mütəxəssisi Anvar Eşqi Qətərin ABŞ və ya Rusiyaya müraciət edib ərəb ölkələri ilə diplomatik münasibətlərin kəsilməsi məsələsində vasitəçilik etməsini istəməsi lazım olduğunu ifadə edib.
Səudiyyə Ərəbistanlı mütəxəssis Qətərin terror təşkilatları olaraq elan edilən qruplara dəstək verərək ərəb və İslam ölkələrindəki vəziyyətin stabilliyini pozmaq səylərini dəstəklədiyini müdafiə edərək deyib: "Qətər bu siyasəti birbaşa deyil, müxtəlif təşkilat və qruplar üzərindən aparır. Bunun nümunəsi Yəməndə Husilərə verilən dəstək ola bilər."
Körfəz böhranı: İlk qurban Qətər oldu

Məcid Həsənli
09:05
Digər xəbərlər