Finlandiya nəşrində Azərbaycan səfirinin COP29-da təşəbbüslər haqqında məqaləsi dərc edilib

Finlandiyanın “Maaseudun Tulevaisuus” qəzetində Azərbaycanın Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədovun bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çıxış edəcək Azərbaycanın təşəbbüslərinə həsr olunmuş növbəti məqaləsi dərc olunub.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, məqalədə neft və qaz ehtiyatları ilə tanınan Azərbaycanın bərpaolunan enerji mənbələrinə (BEM) keçidinə rəhbərlik etməyi və 2030-cu ilə qədər enerjinin 30 faizini BEM-dən almağı öhdəsinə götürdüyü qeyd edilir. Bundan əlavə, ölkə bir daha iqlim dəyişmələri ilə mübarizəyə sadiqliyini təsdiq edərək, Avropaya yaşıl enerji ixrac etməyi planlaşdırır.

Zaur Əhmədov, həmçinin köhnəlmiş 100 milyard dollarlıq hədəfi əvəz edəcək iqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG), COP29-un keçirilməsi zamanı atəşkəs və harmoniya “Climate Initiative” kimi Azərbaycan təşəbbüsləri haqqında danışıb.

Xudaferin.eu

15:10