Cənubi Afrika Respublikasında ilk Azərbaycan diaspor təşkilatı yaradılıb

Cənubi Afrika Respublikasında (CAR) ilk Azərbaycan diaspor təşkilatı – Azərbaycan-CAR Mədəniyyət Assosiasiyası yaradılıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, təşkilat Pretoriya şəhərində yaşayan həmyerlimiz, xoreoqraf Azər Mirzəyev tərəfindən təsis olunub və qeydiyyatdan keçirilib.

Azərbaycan-CAR Mədəniyyət Assosiasiyasının nəzdində “Xarıbülbül” rəqs qrupu fəaliyyət göstərir. Qrupa yerli xalqların nümayəndələri cəlb olunublar.

Qeyd edək ki., Azər Mirzəyev uzun illərdir CAR-da yaşayır və milli rəqslərimizin müxtəlif yarışlarda təbliği ilə məşğuldur.

Xudaferin.eu

16:10