Milli Məclis sədrinin birinci müavini Kişineuda Azərbaycanın Zəfər Gününə həsr olunan tədbirlərdə iştirak edəcək

Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Zəfər Gününə həsr olunan tədbirlərdə iştirak etmək üçün noyabrın 7-də Moldovanın paytaxtı Kişineu şəhərinə səfər edəcək.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Əli Hüseynli Moldova parlamentində olacaq və Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunan tədbirlərə qatılacaq.

Səfər noyabrın 9-da başa çatacaq.

Xudaferin.eu

12:31