Mehman Hüseynova qarşı təxribat

Bu gün bloqqer Mehman Hüseynova qarşı təxribat törədilib. Bu barədə jurnalist Xədicə İsmayıl öz feysbuk səhifəsində yazıb:

“Mehman Huseynovu evdən çıxandan naməlum adamlar izləyiblər. Bərbərə gedib, çıxanda izləyənlərdən biri yaxınlaşıb, onun qolundan tutub, dava salmaq istəyib. Əllərindən çıxıb, qaçıb. Görünən budur ki, Mehman Hüseynova qarşı Seymur Heziyə tikdikləri xuliqanlıq işindən tikmək istəyirlər. Başına nə iş gəlsə, arxasında villalarını çəkib, göstərdiyi nazirlərdir.”

Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti Mehman Hüseynova qarşı olan bu təxribatı azad sözə qarşı təzyiq kimi qəbul edir və  qınayır. 

Xudaferin.eu

19:27