Laçın şəhərinin videogörüntüləri

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Laçın şəhərindən çəkilmiş videogörüntüləri paylaşıb.

Xudaferin.eu AZƏRTAC -a istinadən Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edir.

Xatırladaq ki, Laçın şəhəri 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbəsi nəticəsində noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri arasında imzalanan Bəyannaməyə əsasən, Laçın rayonu dekabrın 1-də azad olunub.

Xudaferin.eu


 

15:24