Gecə yarısı atam demişkən, içimə qırov düşüb. Qırıq-qırıq olmuş qələm axtarıb yuxsuzluğumu ağ kağızlarla paylaşıram. Aydına lay-lay çalıb məsüm gözlərindən öpərkən diləklər gecəsindən ona söz açıram. Cansız qolçağım elə susub sözlərimə qulaq asır kı, özüm özümdən üşənirəm.
Diləklər gecəsi bütün ölüləri gözümdə canlandırır. Nənəmin sürməli gözü necə məni fərəhləndirir. Hər gecə qırmızı saçlarını darayıb hörərdi. On beş yaşında bir qız kimi aynada özünü seyr edib şitənərdi.
Yenə kal oyanmışam yuxudan. Yenə içimə qırov düşüb. Bütün ölülər gözümün qabağında durublar. Bəlkə də bu gecəni mənə qonaq olacaqlar. Bu qocalar heç uşaq dingiltisini xoşlamazlar- deyə Aydınımı yatırdıram. Samovara od salıb kişmişdən, xurmadan, bir az da anamın çaldığı halvadan düzürəm qabağıma. Qoca nənəm yenə də acı sözləri ilə mənə sataşıb necə ürəyimi sancır. "Bala sən hələ çay dəmləməyi öyrənməyibsən" deyib, dodaqların büzür.
Qoca babalarım, əmilərim, hamısı hazırdılar. Qara geyimli, mənə oxşar bir xanım sevgi dolu baxışlarını bir an da olsun məndən ayırmır.
Ölülər qurultayı mənim qaranlıq otağımı işıqlandırıb. Gecənin yarısı bütün evə vəlvələ düşüb. Kişilər yenə də hərəsi bir “Çörçil” olub, siyasətdən söz açsə goplayırlar. Elə yekə- yekə goplayırlar kı, adamın az qala gözləri dörd olsun. Diləklər gecəsi, ya da ölülər gecəsi. Bilmirəm bunlardan hansısı düzdür. Ancaq, məncə ikisi də bir gecədi. Yəni bu gecə... Bu gecə ölülərlə çaylaşıb, kədərlərimi paylaşıram.
Binəva bibim uşaqlarının ya sevdiyi kişinin nəmneçəmci arvadının fikrində olarkən əllərini qoynuna alıb elə kədərli bir halda baxır kı, adamın ürəyi parçalanır. Anam həmişə məni bibimə oxşadardı. Bilmirəm niyə. Ancaq, bu qadına qəribə bir duyğum olub.
Bu gecə diləklər gecəsində ölülərlə birlikdə şənlik edirəm. Bütün diləklərimi onlara danışıram. Və bir təzə ölüdən… Onun qarasını bu gecə çıxardıram, bütün ölülərin hüzurunda.
Bu gecə sənin ölümünü elan edirəm. Ölülər qurultayında təzə bir ölüdən, qara uzun saçlarımı qırpmadan, bir də aylarca yas tutduğumdan söz açıram. İçimə qırov düşüb bu gecə. Diləklər gecəsi, bəlkə də ölülər gecəsi səni danıram.
İçimə qırov düşüb
Təbriz (Güney Azərbaycan)

01:11