Həyəcan siqnalı...

Bu gün Sizə Dövlətimizin, Cəmiyyətimizin gələcəyi üçün, hamımızın taleyimizə təsir edən çox mühüm bir məsələ barədə qısa da olsa fikrimi açıqlayıram və bundan sonra bu mövzuda çoxlu yazılarım, çıxışlarım olacaq. Bu mövzuda Sizin hər birinizdən dəstək gözləyirəm. Çox vacib olan bir məqamı daim diqqətinizdə saxlamağı xahiş edirəm. Bilin ki, bu mövzuda heç bir şəxsi marağım yoxdur, hərçənd, bu vəziyyəti yaradan hiyləgər, ölkəmizin, xalqımızın düşməni olan, çox böyük vəzifələr tutub xarici ölkələrin maraqlarını qoruyanlar hər dəfə bu mövzuya toxunanda bunu mənim şəxsi marağım kimi təqdim ediblər və buna da bu günə qədər çox məharətlə nail olublar. Son 15-20 ili ölkədə elə vəziyyət yaranıb ki, dürüst, əxlaqlı, savadlı insanların yaşaması mümkünsüz olub, hər addımda aşağılanıb, haqları yeyilib və bir çoxları ölkədən getməyə məcbur olublar.

Əvəzində Prezident Administrasiyasının, DİN-in, DTX-nın ştatdankənar əməkdaşları ölkədə at oynadıb, fəxri adlar, pulsuz mənzillər, aylıq paketlər, layiq olmadıqları vəzifələr və digər imtiyazlar alıblar. Dövlətimiz üçün təhlükəli olan bu hal xərçəng xəstəliyi kimi ölkənin hər yerini bürüyüb. Həm hakimiyyətdə, həm müxalifətdə, xüsusilə KİV-lərdə və Vətəndaş Cəmiyyəti strukturlarında yer alan bu tiplər mütəşəkkil cinayətkar dəstə kimi formalaşıb. Onlarla mübarizə aparmaq isə çox təhlükəli olub, ona görə ki, onların birinə cavab verən kimi hamısı kaftar sürüsü kimi tökülüşüb həmin şəxsi sözün həqiqi mənasında küçə sözləri ilə linç ediblər. Bu yolda ən alçaq hərəkətlərdən, şər-böhtandan, əxlaqsızlıqdan, namussuzluqdan, şantajdan belə çəkinməyiblər, çünki bunların hamısı əxlaq, namus nə olduğunu bilməyənlərdir. Məhz buna görə də qorxularından heç kim onlara baş qoşmaq istəməyib. Şəxsən məni istəyənlər elə bu günün özündə də məni hər dəfə xəbərdar edirlər ki, bunlarla mübarizə aparmağa sənin heç sağlamlığın da imkan verməz. Mən isə Sizə söz verirəm, ölənə qədər bu murdarlarla mübarizə aparacam, çünki bu, mənə yox, Xalqımıza lazımdır.

Həm də bu, mənim belə dəstələrdən olmazın əzabını çəkən, rəhmətliklər Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Çapay Sultanov və bu gün də sağ olub kölgəyə çəkilən Azərbaycan Xalqı qarşısında böyük xidmətləri olan bir çox ziyalılarımız qarşısındakı borcumdur.

Bu yerdə təxminən 15-20 il bundan əvvəl Yazıçı Anarla görüşümü Sizə qısa xatırladıram. O vaxtlar müxalifət qəzetlərində AXCP sədri Əli Kərimlinin müşaviri olan, sonra donunu dəyişib Ramiz Mehdiyevin müşavirinə çevrilən, bu gün Nazirlər Kabinetinin mətbuat Xidmətinin rəisi, xalq arasında "Almaniya dağılır" ləqəbi ilə məşhur olan İbrahim Məmmədov yazıçı Anar haqqında təhqiramiz məqalələrlə çıxış edirdi. Anar müəllim də ona və dəstəsinə cavab verirdi. Anar müəllimi tanıdığımdan, ona, hələ SSRİ dövrü Moskva kürsülərindən Azərbaycan xalqı təhqir olunanda cəsarətli cavablarına görə böyük hörmətim olduğundan yanına getdim. İş otağında məni çox mehriban qarşıladı. Ondan xahiş etdim ki, əhəmiyyətsiz insanların yazılarına cavab verməsin, özünü onların səviyyəsinə endirməsin. Məni mehriban qarşılayıb, sakit söhbətə hazırlaşan Anar müəllim dərhal yerindən qalxıb az qala üstümə səsini yüksəldərək dedi: "Sənin rəhmətə getmiş ata-ananı təhqir etsələr, özün haqqında ən əxlaqsız formada şər-böhtan desələr susarsanmı?! Onlar mənim həyatımı cəhənnəmə döndərdilər, mən şəkər xəstəsi oldum. İndi deyirsən ki, mən susum?!". Cavab o qədər aqressiz və gözlənilməz oldu ki, heç nə deməyib otağı tərk etdim.

İlk əvvəl Anar müəllimdən incimişdim. Sonralar rəhmətliklər Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Tofiq Bağırov, İdris Əsgərov ilə söhbətlərimi xatırlayıb səhv olduğumu, qarşılaşdığımız bəlanın daha təhlükəli, düşünülmüş bir siyasət olduğunu anlayıb buna qarşı mübarizəmi başladım. Fəaliyyətimi izləyənlər ən azı son 10-15 ili bu sahədə apardığım mübarizəni və məhz buna görə də bu gün 3 dəfə məhkum, vəkillik peşəsindən məhrum olunmuş, həyatı cəhənnəmə çevrilmiş bir insan olduğumu görərlər. Bir daha təkrar edirəm ki, məni istəyənlərin, o cümlədən ailə üzvlərimin israrına baxmayaraq bu yoldan çəkinən deyiləm. Sizləri də, əgər sağlam, yalansız, şər-böhtansız, ədalətli, əxlaqlı cəmiyyətdə yaşamaq istəyisinizsə bu mübarizəyə qoşulmağa çağırıram. Xüsusilə, ziyalılara müraciət edirəm. Susmayın, bu kaftar sürüsünün ölkəmizdə at oynatmasına, əxlaqi, mədəni dəyərlərimizi məhv etməsinə yol verməyin. Səsinizi ucaldın, düz deyiləmsə məni tənqid edin.

Bilin ki, bu gün Vətənimiz üçün ən təhlükəli hal ölkəmizin talan edilməsi, milyardların oğurlanması deyil, məhz göstərdiyim, bilərəkdən yürüdülən siyasətdir. Bu siyasətin qurbanı həm vicdanlı hakimiyyət, müxalifət, həm də vətəndaş cəmiyyətinin nümayəndəliridir. Məhz buna görədir ki, həmin cinayətkar dəstəni maliyyələşdirənlər də elə ölkəmizin milyardlarını mənimsəyən məmur-oliqarxlardır. Bu gün xaricdə oturub bəzi hakimiyyət təmsilçilərini tənqid yox, küçə söyüşləıri ilə təhiqr edənlər, ölkə daxilindəki müxalifətin sıralarına gizli tərəfkeş kimi sızıb hər gün onlardan DİN, DTX-ya donos aparanlar da bu dəstəyə daxildirlər. Başı boş, oğru, cibgir məmurlardan haqlarını alıb, sonra onlar haqqında xaricdəki şəbəkələrinə məlumatı verənlər bu dəstənin üzvləridir. Bu dəstə o qədər həyasızdır ki, istədikləri şər-böhtanı, şantajı, əxlaqsızlıqları yayırlar, məhkəmələrə çəkiləndə isə var gücləri ilə məhkəmələrin baş tutmamasına çalışırlar, şüvən qoparırlar ki, onları təqib edirlər.

Sizdən xahiş edirəm, bu dəstəyə qarşı qaldırdığım məhkəmə proseslərini izləyəsiniz, iştirak edəsiniz ki, bunların məhkəmə zallarında necə cilddən-cildə girdiklərini, yazdıqlarından, dediklərindən imtina etdiklərini görəsiniz. Sizi inandırıram ki, mənim yazdıqlarımdan həmin səhnələri təsəvvür edə bilməzsiniz, çünki insanın bu qədər oynamasını, dəyişməsini, cilddən cildə girməsini heç bir sözlə təsvir etmək olmaz. Belə insanlara əvvəllər abırsız deyərdilər. Bu gün onlara həyasız, şərəfsiz demək də onları xarakterizə etmir. Bu həyasızlıqları sadəcə görmək və ona uyğun yeni ad fikirləşmək lazımdır.

Aslan İsmayıl
Xudaferin.eu

18:35