Güney Azərbaycanda Türk dili uğrunda mübarizə tarixi kitabı

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi Yeganə Hacıyevanın “İran İslam İnqilabından sonra Güney Azərbaycanda ana dili uğrunda mübarizəsi (1979-2005-ci illər)" adlı kitabı çapdan buraxılıb.
 

Kitabda İran mollakratiya rejimini idarə edən hakim qüvvə­lə­rin Azərbaycan Türkcəsini sıxışdırmaq və azərbaycanlıların milli şüurunu kosmopolitləşdirmək cəhdlərinə qarşı Güney Azərbaycan Türklərinin mübarizəsinin tarixi araşdırılıb. Bununla yanaşı, kitabda o da qeyd olunub ki, Güney Azərbaycan Milli Hərəkatının fəallarının, eləcə də ana dili uğrunda mücadilə aparan aydınların, mədəniyyət xadimlərinin son illərdə ortaya qoyduğu milli iradə tədricən ümummilli mübarizə prosesinə çevrilibdir. Azərbaycan Milli Davası artıq 1925-1978-ci illərdəki pəhləvilər sülaləsi çağında və ya 35 ildir hakimiyyət dönəmində olduğu kimi deyildir. Faktiki olaraq, Güney Azərbaycanın coğrafi məkanı adı ilə əhatələnən bütün bölgələrdə milli mücadilə milli xarakterə çevrilmişdir.

Xudaferin.eu

 

 

09:34