Güney Azərbaycan milli fəalları seçkilərə qatılmaq qərarını verdilər

 

Güney Azərbaycan Milli Hərəkatının tutuqlu fəallarından 4 nəfər Urmu vilayətinin   şəhərlərində keçiriləcək “Şəhər Şürası seçkiləri” üçün millətə və millətçilərə müraciət ediblər.

Güney Azərbaycan Milli Hərəkatının ən nüfuzlu təmsilçilərindən olan Abbas Lisani, Həsən Dəmirçi, Əkbər Azad və Həsən Raşidi Sulduz və Urmu şəhərlərində keçiriləcək yerli Bələdiyyə və Şəhərlər şurasına seçkilərlə bağlı Güney Azərbaycan Türk millətinə və milli-mədəni fəallara müraciət ediblər.

Milli fəallar Urmu vilayətinin fəallarından və türk millətinə müraciətdə bildiriblər ki, Urmu vilayətində keçiriləcək “Şəhər Şurası” seçkisində Türk soylu olan adaylara önəm verərək bu prosesdə hamı bir nəfər kimi birgə addımlamalıdır. Belə bir addımın atılmasının digər anlamı isə, mollakratiya rejiminin Güney Azərbaycanın Urmu vilayətində süni şəkildə ikinci kürd köçü siyasəti dalğasının və onların bu bölgədə məskunlaşması siyasəti planını pozmaqdır. Buna görə də Güney Azərbaycan Türk milləti “Şura”seçkilərində mutləq mənada aktiv olmalıdır.

Milli fəalların mürqciətində daha sonra qeyd olunur ki: “Sulduz və Urmu şəhəri başda olmala Urmu vilayəti boyunca Güney Azərbaycan Milli Hərəkatının bütün fəalları birlik nümayiş etdirməli, mənasız ixtilafları bir kənara qoymalıdırlar. Biz strateji əhəmiyyətə malik olan şəhərlərimizi (Xana,Urmu, Xoy, Sulduz, Sayınqala, Qoşaçay, Makı) qorumaq üçün, birgə hazırlayacağımız adayların siyahısını dəstəkləyəcəyik. Kimsənin Güney Azərbaycan torpaqlarını başqa millətlərin ərazisinə çevirməməlidir. Bizlər buna izin verməməliyik. 1914-1918-ci illərdə Güney Azərbaycanın Urmu vilayəti boyunca kürdlər, ermənilər və aysorlar bir araya gələrək İngiltərə, Rusiya və Fransanın maliyyə, silah və siyasi dəstəyi ilə 200 min nəfərdən çox soydaşımızı soyqırıma məruz qoymuşlar. Bu gün Urmu Gölü tammailə qurudulub. Urmu vilayətinin ən yararlı əkin sahələri, tarlalar, tikinti məkanları, fabrikləri və digər sahələr Tehran rejiminin açıq dəstəyi ilə gəlmə kürd işadamlarına peşkəş edilir. Bu siyasətin qarşısını durdurmaq üçün, Güney Azərbaycan Türk milləti öz yerli hakimiyyətlərinə sahib çıxmalıdır. Bu antitürk siyasətlərin qarşısını xalqla birlikdə almalıyıq”.

Xudaferin.eu
Güney Azərbaycan, “Urmu Bürosu” 

09:53