El bir olsa dağ oyadar yerindən...

Uzun illər Azərbaycan diasporu adı altında düşmən ölkəyə xidmət edən, neçə-neçə qeyrətli soydaşlarımızı Rusiya Fedarasiyasından deport olunmasına nail olan, neçə-neçə soydaşımızı ev dustağı etdirən, Moskva şəhər Azərbaycanlılarının Reregional Milli Mədəni Müxtariyətinin sədri Ağadadaş Kərimov qeyrətli oğullarımızın mübarizəsi nəticəsində, dünən gecə Rusiya Fedarasiyasının ədliyyə nazirliyinin rəsmi qərarı ilə tutduğu vəzifədən rədd edilmişdir.

Onun yerinə soydaşlarımızın zəmanəti ilə Azərbaycan diaspor fəalı, iş adamı Bəxtiyar Həsənov seçilmişdir. Dünən Bextiyar Bəy ədliyyə nazirliyinin qərarı ilə yeni vəzifəyə təsdiq edilmişdir.

Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti adından və Xudafərin (www.xudaferin.eu) jurnalinin kollektivi adından Bəxtiyar Həsənovu yeni məsuliyyətli bir vəzifəyə təyin edilməsi münasibətilə təbrik edirəm!

Hörmət Elman Mustafazadə

Xudaferin.eu

22:31