Donald Tramp prezident səlahiyyətlərinin icrasına rəsmən başlamamış ABŞ-Çin münasibətlərini bir az da gərginləşdirdi. Artıq rəsmi Pekin Birləşmiş Ştatlarla “ticari savaşı” istisna etmir və bunu məhz Trampın Çinlə bağlı seçdiyi kursla əlaqələndirir. «Reuters» Çin maliyyə nazirinin müavini Çju Quana istinadən xəbər verir ki, ikitərəfli münasibətlər kəskinləşəcəyi təqdirdə, Pekin ABŞ-da iş yerlərinin ixtisarına səbəb olacaq tədbirlərə əl atacaq. Nazir müavininin sözlərinə görə, əslində Çin bunun baş verməsini istəmir. Çünki bu halda hər iki tərəf zərər çəkmiş olacaq. Lakin ölkə öz maraqlarını da qorumaq məcburiyyətindədir. «Çin öz milli maraqlarını Ümumdünya Ticarət Təşkilatı çərçiəvəsində də qorumağa çalışacaq», deyə Çju Quana əlavə edib.
Xatırladaq ki, iki ölkə arasında münasibətlər Donald Trampın Tayvan lideri Tsay İvendən gələn təbrik zəngini cavablandırmasından sonra gərginləşib. Zəngə cavab verməklə və İveni Tayvanın lideri yox, məhz prezidenti adlandırmaqla Tramp Çinin qəzəbinə tuş gəlib.
Tsay İnvenin Tayvanın müstəqil dövlət kimi tanınmasının tərəfdarı olduğu nəzərə alınsa, Trampın bu addımının Çində niyə etiraz doğurduğu bəlli olur. Rəsmi və qeyri-rəsmi etirazlara baxmayaraq, Tramp geri çəkilmədi, əksinə öz mövqeyində qaldığını bəyan etdi.
«Biz Tayvana silah satırıq. Mən dəstəyi niyə götürməməli idim? Çin nə etməli olduğum haqda mənə niyə diktə etməyə çalışır? Hansı cürətlə başqa ölkə mənə dəstəyi götürməməli olduğumu deyir. Pekinin «Vahid Çin» siyəsətini başa düşürəm. Başa düşmədiyim odur ki, Çinlə ticari və başqa məsələlərlə bağlı razılığa gəlmədən biz bu siyasətə niyə bağlı olmalıyıq?”», deyə Tramp bildirdi.
Tramp əlavə etdi ki, onun özünün də Çinə bir çox sualları var – yuanın aşağı salınmış məzənnəsi, Çin dənizi ilə bağlı ərazi mübahisəsi, Quzey Koreyaya dəstək və s. Sonradan Obama administrasiyası Trampın dediklərinə düzəliş etməyə çalışdı.
«Biz əvvəlki kimi «Vahid Çin» siyasətinə sadiq qalırıq. Pekinlə Tayvanın dinc və stabil münasibətləri bizim fundamental maraqlarımıza xidmət edir” açıqlaması ilə ABŞ hökuməti Çin siyasətini dəyişmədiyini göstərməyə çalışdı. Lakin Çju Quananın ultimatum tonlu son bəyanatı göstərir ki, rəsmi Pekin səlahiyyət müddətini başa vuran Obama administrasiyasının yox, Trampın nə dediyinə daha çox önəm verir.
Çin ABŞ-ı hədələdi: «Savaş başlaya bilər!»

Gültəkin
Azadliq.info
11:35
Digər xəbərlər