23 October 2024

Rusiyanın Koqalım şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ucaldılıb

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Koqalım şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə abidə ucaldılıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, heykəltaraş Aydın Zeynalovun yaratdığı abidə Ulu Öndərin 100 illik yubileyi şərəfinə ucaldılıb.

Vətən müharibəsinin xronikası: 23 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Şanlı Vətən müharibəsi otuzillik işğala son qoyan parlaq Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər yürüşü Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Azərbaycan Prezidenti: Macarıstanla münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur

Qarşılıqlı inama və etimada əsaslanan, gündən-günə yeni məzmunla zənginləşən Azərbaycan-Macarıstan münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbana bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.

Səfir Fuad İsgəndərov: Diplomatiyada etibar rəsmiyyətdən daha önəmlidir

Məlumat: Fuad İsgəndərov beynəlxalq arenada uzun illər fəaliyyət göstərən təcrübəli diplomatdır. 2006-2007-ci illərdə o, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi vəzifəsində çalışıb. F.İsgəndərov 2007-2012-ci illərdə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri olub. 2012-ci il sentyabrın 25-dən 2021-ci il iyulun 26-dək Azərbaycanın Belçika Krallığında və Lüksemburq Böyük Hersoqluğunda diplomatik missiyasına, həmçinin Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinə rəhbərlik edib.