22 October 2024

İndiyədək Bakıda və Abşeron yarımadasında intensivliyinə görə bu günlərdəki kimi güclü yağış müşahidə olunmayıb

Məlum olduğu kimi, oktyabrın 21-də səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb. Yarımadanın bəzi yerlərində yağıntılar intensiv olub.

Bakı Təşəbbüs Qrupu Fransanın dənizaşırı ərazilərində insan hüquqları pozuntularına dair Hesabatla bağlı mətbuat konfransı keçirəcək

Oktyabrın 25-də Bakı Təşəbbüs Qrupu (BTQ) Fransanın dənizaşırı ərazilərində baş verən insan hüquqları pozuntularını əks etdirən “Fransanın Dənizaşırı Ərazilərində İnsan Hüquqlarının Pozulması Haqqında Hesabat”ın təqdimatına həsr olunmuş mətbuat konfransı keçirəcək.

Finlandiya nəşrində Azərbaycan səfirinin COP29-da təşəbbüslər haqqında məqaləsi dərc edilib

Finlandiyanın “Maaseudun Tulevaisuus” qəzetində Azərbaycanın Norveç, İsveç, Finlandiya və Danimarkadakı səfiri Zaur Əhmədovun bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) çıxış edəcək Azərbaycanın təşəbbüslərinə həsr olunmuş növbəti məqaləsi dərc olunub.