14 November 2023

ATƏT PA-nın prezidenti vaxtilə Ermənistandan köçürülən azərbaycanlılar barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) prezidenti Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, görüşdə S.Əliyeva ombudsmanın mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib.

Milli Məclisdə 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi davam edir

Noyabrın 14-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilir. İclasda 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri və digər qanunlara dəyişikliklərlə bağlı layihələrin birinci oxunuşda müzakirəsi davam edir.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və hökumət üzvləri iclasda iştirak edirlər.

Milli Məclisin noyabrın 13-dən 15-dək keçiriləcək iclaslarının gündəliyinə 15 məsələ daxil edilib.

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti YAP nümayəndə heyətini qəbul edib

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) səfərdədir.

Xudaferi.eu AZƏRTAC-a istinadən xəbər verir ki, səfər çərçivəsində noyabrın 13-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar YAP nümayəndə heyətini qəbul edib.