02 September 2023

Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini minaatanlardan atəşə tutub

Sentyabrın 2-si saat 11:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini 60 və 82 millimetrlik minaatanlardan atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Xudaferin.eu
 

Atəşkəsin yenidən pozulması Ermənistanın aqressiv siyasətinin bariz nümunəsidir - TƏHLİL

Ermənistanın yenidən atəşkəs rejimini pozaraq mövqelərimizi atəşə tutması İrəvanın növbəti təxribatıdır və məqsəd sülh prosesinə mane olmaq, regionda gərginliyi artırmaqdır. Azərbaycana qarşı istifadə edə biləcəyi bütün təzyiq rıçaqlarını itirən, beynəlxalq müstəvidə ölkəmizin əleyhinə apardığı düşmənçilik siyasəti boşa çıxan Ermənistan hər dəfə olduğu kimi silaha əl atır. Onlar dünyanın diqqətini Azərbaycanın üzərinə yönləndirməklə, Qarabağ məsələsini daim gündəmdə saxlamaq istəyirlər.

MN: Qanunsuz erməni silahlıları xarici aviaşirkətlərin sərnişin təyyarələrinə qarşı radiomaneələr tətbiq edib

Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib.